Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Cəmiyyət / Bakı Nəqliyyat Agentliyi məhkəməyə verildi

Bakı Nəqliyyat Agentliyi məhkəməyə verildi

“Bakı Nəqliyyat Agentliyi” PHŞ-nə gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə  malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir. 

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hakim Kamranovun icraatındadır. 

Məhkəmə ilə əlaqəli baxış iclası 14.04.2023, saat 15:10-a təyin edilib. FED.az

Həmçinin oxuyun

Aqil Abbasdan ETİRAF: “Məni müharibə pozdu” – VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin növbəti buraxılışı efirə gedib. Verilişin budəfəki qonağı millət vəkili Aqil …