Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Cəmiyyət / Bakı metrosunda niyə sıxlıq yaşanıb? – Video

Bakı metrosunda niyə sıxlıq yaşanıb? – Video

“Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır” 

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:

“İstər metronun “28 May” stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib. Bütün sərnişinlər sosial məsafənin qorulması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir”.

Həmçinin oxuyun

Afaq Bəşirqızı: “Bütöv Azərbaycan üçün ayağa qalxaq” – VİDEO

“Elə bilməyin ki, biz burada sakitik və heç nədən xəbərimiz yoxdur. Hər şeyi izləyirik və …