Ana səhifə / Cəmiyyət / Bakı meriyası tarixi binanın damında tikilən mansardı sökür

Bakı meriyası tarixi binanın damında tikilən mansardı sökür

Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib. Xatırladaq ki, dünən sosial şəbəkələrdə dövlət mühafizəsində olan tarixi binanın damında 2016-cı ildə artırılmış qanunsuz mansardla bağlı xəbər yayılmışdı.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) virtualaz.org-a bildiriblər ki, meriya həmin xəbərə operativ reaksiya verib.

Belə ki, qəbul edilən qərara əsasən, BŞİH-in strukturları tərəfindən mansardın dərhal söküntüsünə başlanılıb.

Həmçinin, yaradılacaq müvafiq komissiya mansardın tikintisi məsələsində günahkarları müəyyən edərək cəzalandıracaq.

BŞİH bildirir ki, Bakıdakı arxitekturalı binaların mühafizəsi bundan sonra da təmin ediləcək və tarixi binalar üzərində aparılan istənilən qanunsuz tikinti işlərinin qarşısı alınacaq.

Qeyd edək ki, bina “Nizami” kinoteatrının arxasında yerləşən bağla üzbəüzdür. O, azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib. Unikal memarlıq elementləri ilə seçilən bina “L’Art Nouveau” stilində ucaldılıb.

Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına daxil edilib.

Həmçinin oxuyun

Aqil Abbasın toyu təxirə salındı

Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda keçirilməsi nəzərdə tutulan toyu təxirə salınıb. Pravda.az-ın xəbərinə görə, …