Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? – Açıqlama

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? – Açıqlama

Bakı İslam Universitetinin I kurs tələbələri Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universitetinin boş qalan plan yerlərinə köçürüləcək.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

DİM rəsmisi bildirib ki, ötən gündən başlayaraq tələbələlərlə görüşlər keçirilir: “Bakı İslamUniversitetində “Dinşunaslıq” və “İslamşunaslıq” ixtisasları üzrə qəbul aparılırdı. Təklif olunan ali təhsil müəssisələrində isə bu ixtisaslar yoxdur. Tələbələrin ballarına uyğun boş qalan ixtisaslar üzrə yerləşdirilmə həyata keçiriləcək. Yerləşdirmə bitdikdən sonra tələbələr təhsil alacaqları ixtisaslar üzrə təhsil haqqını ödəyəcəklər. Yəni, onlar Bakı İslamUniversitetinə ödənilən ödənişi geri götürüb, yenidən oxuyacaqları ixtisas üzrə təhsil haqqı verəcəklər”.

X.Xanlarzadə tələbələrlə görüşün və onların yerləşdirilməsinin bu gün başa çatacağını bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Universitetin I kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülür.

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …