Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə “Bəla” filmi nümayiş olunub

Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə “Bəla” filmi nümayiş olunub

Tədbirin ilk hissəsində narkomaniya ilə mübarizə məqsədilə lentə alınmış “Bəla” filmi nümayiş etdirilib. İkinci hissədə isə filmin yaradıcı heyəti, psixoloq və narkoloqun diskussiya şəklində maarifləndirici müzakirələr baş tutub.

Psixoloq və narkoloq narkotik maddələrin yaratdığı psixoloji və psixi aslılıq, törətdiyi xəstəliklər, məktəblilər və gənclər arasında geniş yayılmasının səbəbi, zərərli vərdişlərin fəsadları, narkotik aludəçisi olan insanların əlamətləri kimi mövzulara toxunublar.


Sonda qonaqlar səmimi görüş üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirmişlər.

Tədbirin keçirilməsində məqsəd, gənclərin narkomaniya ilə mübarizə məqsədilə maarifləndirilməsi və bu məsələyə olan diqqətinin artırılmasıdır.

Tədbirdə bir sıra media nümayəndələri, ictimai xadimlər və 150-ə yaxın gənc iştirak edib.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …