Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Bakı Gənclər Mərkəzi “Rəsm Festifalı” keçirdi – Foto

Bakı Gənclər Mərkəzi “Rəsm Festifalı” keçirdi – Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə istedadlı gənclərin yaradıcılıq sahəsində potensialını ortaya çıxarmaq məqsədilə dahi ustad Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş ” “Rəsm Festivalı” həyata keçirildi.

Tədbiri giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Nizami Gəncəvi İli çərçivəsində keçirilən silsilə tədbirlərdən danışmış və Festival iştirakçılarına uğurlar arzulayıb.

Dahi ustad Nizami Gəncəvi irsi mövzusunda “Rəsm Festivalı” istedadlı gənclərin iştirakı ilə Sabunçu rayonu, Heydər Əliyev adına parkın ərazisində keçirilib.

Sonda festival iştirakçılarına Bakı Gənclər Mərkəzi tərəfindən xususi diplomlar və  qiymətli hədiyyələr təqdim edildi və xatirə şəkli çəkildi.

Qeyd edək ki tədbir açıq hava şəraitində karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib.

Bizi daim izləmədə qalın və “Yaradıcı Gənclər Festivalı”nın digər mərhələrinə qoşulun, istedadınızı nümayiş etdirin.

Həmçinin oxuyun

Polad Həşimovun anası Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin …