Cümə , Fevral 23 2024
Ana səhifə / Cəmiyyət / Bakı Dövlət Sirkində nasazlıqlar aşkarlandı 

Bakı Dövlət Sirkində nasazlıqlar aşkarlandı 

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.
Sirkdən verilən məlumata görə, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.
“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq.
Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir”.

Həmçinin oxuyun

Vəfat etmiş keçmiş məcburi köçkünlərin məzarları Qarabağa KÖÇÜRÜLÜR? – AÇIQLAMA

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan …