Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakı Baş Polis İdarəsi “ərəb əxlaqsızlığı” ilə bağlı açıqlama yaydı

Bakı Baş Polis İdarəsi “ərəb əxlaqsızlığı” ilə bağlı açıqlama yaydı

“Sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlmasında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.

“İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir” – Hacıyev vurğulayıb.

Mətbuat xidmətinin rəisi əlavə edib ki, bu günədək həmin ərazidən polisə şikayət daxil olmadığı üçün fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb: “Ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir”.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində əxlaqsızlıqla məşğul olduqlarını əks etdirən video görüntü yayılmışdı.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …