Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Bakı aeroportunda sərnişinlər saatlardır niyə gözləyirlər?

Bakı aeroportunda sərnişinlər saatlardır niyə gözləyirlər?

Bakı-Minvod reysi üzrə hərəkət etməli olan təyyarə gecikib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk hesabında yazıb.

Xalq şairinin sözlərinə görə, 200 nəfər Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır Minvoda uçmaq üçün təyyarə gözləyirlər:

“Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur”.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, gecikmə texniki səbəblərə görə olub:

“Minvoda uçuş böyük təyyarə ilə planlaşdırılmışdı. Texniki səbəblərə görə bu, baş vermədi. Qərara alındı ki, iki ayrı təyyarə ilə uçuş həyata keçirilsin. Artıq təyyarəyə minik başlayıb”.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …