Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / “Bağ-bağat” istirahət mərkəzi fəaliyyətində ciddi nöqsanlara yol verir

“Bağ-bağat” istirahət mərkəzi fəaliyyətində ciddi nöqsanlara yol verir

Göstərilən xidmət tətbiq olunan qiymətlərə uyğun deyil

Ölkədə istirahət mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil. Artıq son illər istirahət mərkəzlərində baş verən bədbəxt hadisələr göstərdi ki, istirahət məkanlarının fəaliyyətində ciddi nöqsanlar və çatışmazlıqlar var. Lakin müvafiq qurumlar istirahət mərkəzlərində baş verən məlum hadisələrdən sonra nədənsə həmin obyektlərlə bağlı ciddi ölçü götürmürlər.

Ona görə də ölkədə xidmət göstərən istirahət məkanlarından narazı olanların sayı həddindən artıq çoxdur. Əksər istirahət mərkəzlərinin rəhbərləri isə heç bir narahatlıq keçirmədən fəaliyyətlərində nöqsanlara yol verməkdə davam edirlər. Əgər vaxtında bəzi obyekt sahibləri məsuliyyətə cəlb olunaraq lazımi cəza almış olsaydı, digər ticarət obyektlərinin sahibləri fəaliyyətlərini səliqə-sahmana salardılar. Bu gün Qobustan rayonunda yerləşən “Bağ-bağat” istirahət-əyləncə mərkəziylə bağlı şikayətlərin ardı-arası kəsilmir. Baxmayaraq ki, artıq yay mövsümi bitib, hələ də istirahət məkanlarına üz tutanların sayı azalmayıb. Bütün yayı işləyənlər payız fəslində istirahətə üstünlük verirlər.

Qobustanda yerləşən “Bağ-bağat” istirahət mərkəzindən yolu keçənlərin demək olar ki, hamısı bu istirahət obyektinin fəaliyyətindən narazı olduqlarını dilə gətirirlər. Belə ki, sözügedən istirahət ocağında baş verən məlum olaydan sonra obyektin rəhbəriylə bağlı heç bir ölçü götürülmədi. Bu isə onu deməyə əsas verir ki, rəhbərliyin arxasında hansısa güclü adam dayanır. Əks halda həmin hadisə baş verən zaman “Bağ-bağat” istirahət-əyləncə mərkəzinin fəaliyyətinə son qoyular və lisenziyası ləğv olunardı. Lakin obyektin sahibi kimlərinsə himayəsi altında obyektin fəaliyyətini davam etdirməyə nail oldu. Lakin heç kəs zəmanət verə bilməz ki, sözügedən istirahət mərkəzində bundan sonra hansısa xoşagəlməz hadisə baş verməyəcək. Düzdür, məlum hadisədən sonra bu istirahət və əyləncə mərkəzi uzun müddət müştəri qıtlığından əziyyət çəkdi. Lakin hazırda bağ-bağat istirahət mərkəzinə üz tutanların sayı o qədər də az deyil. Lakin heç kəs bədbəxt hadisədən siğortalanmayıb. Fəaliyyətində bir sıra ciddi nöqsanlara yol verən obyektin uzun müddət vətəndaşlara xidmət edəcəyi də inandırıcı deyil. Baxmayaraq ki, Qobustan Rayon Prokurorluğu hansısa məsələlərə görə, vaxtında “Bağ-bağat”ın sahibini cinayət məsuliyyətinə cəlb etmədi. Bizə verilən məlumata görə, istirahət mərkəzinin rəhbəri həbs olunmamaq üçün həm Qobustan Rayon Polis Şöbəsinin, həm də Rayon Prokurorluğunun rəhbərliyini razı salmışdı.

Hazırda sözügedən obyektin fəaliyyəti qənaətbəxş deyil. Burada qiymətlər od tutub yanır. Təəssüf ki, göstərdikləri xidmət tətbiq etdikləri qiymətə uyğun deyil. Ona görə də qiymətlər elə tənzimlənməlidir ki, istirahət məkanlarının xidmətindən hər kəs yararlana bilsin. Əvvəlki qiymətləri nəzərdən keçirsək, görərik ki, elə qiymətlər tətbiq edirlər ki, bir nəfərin bir günlük ölkə daxilində istirahət etməsi xəyal olaraq qalır. İnsanların əksəriyyəti o qədər yüksək qiymətə ölkəmizdə istirahət etməkdənsə, həmin pulla xarici ölkədə istirahət etməyə üstünlük verirlər. Ekspertlər isə bildirirlər ki, ölkəmizdə turizm imkanları geniş olsa da, insanlar bundan geniş şəkildə istifadə edə bilmirlər. Başqa ölkə vətəndaşları, məsələn, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının turizmdən istifadə imkanları demək olar ki, yox səviyyəsindədir.

gundelikbaku.com

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …

Bir cavab yazın