Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Cəmiyyət / Baba Vəziroğludan Rafiq Tağı ilə bağlı kövrək PAYLAŞIM

Baba Vəziroğludan Rafiq Tağı ilə bağlı kövrək PAYLAŞIM

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu 2011-ci ildə naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilən yazıçı-jurnalist Rafiq Tağı ilə bağlı kövrək paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“İlahi,insan niyə xoşbəxt ola bilmir?! Həmişə nəsə, kimsə çatmır… Bu gün, guya, hər şey yerindədi. Buynuzda bağ evimdə, yeyib-içmişəm, “köhnə”mahnılara qulaq asıram…amma sevinə bilmirəm. Niyə?!

Şövkət “Dərələr” oxuyur – “Hər yerdə, hər zaman sənsən gümanım… Azərbaycanım”…

Amma Rafiq Tağı yoxdu. Bu sadə, səmimi Vətən sevgisiylə gözləri dolan, amma göz yaşları içində gülümsəyən Rafiq Tağı… İndi, gəl, xoşbəxt ol görüm, necə olursan…”

Baba Vəziroğludan Rafiq Tağı ilə bağlı kövrək PAYLAŞIM

Həmçinin oxuyun

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

Bu gün “Yeniavaz” saytının baş redaktoru Anar Qaraxançallı feysbuk hesabında vətəndaş şikayətini işıqlandırdığı üçün Daxili …