Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / Baba Vəziroğlu qalmaqallı açıqlamasından danışdı: “Kim nə verir, ona da hürür”

Baba Vəziroğlu qalmaqallı açıqlamasından danışdı: “Kim nə verir, ona da hürür”

“Reket jurnalistlərə “hürüşmək” demək lazımdır.  Başqa nə demək gərəkdir ki?!  “Sağ olsunlar!” deyim?”.

Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ötən gün verdiyi açıqlamada bəzi jurnalistlər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O, fikirlərinə bu cür davam edib:

“50 manata bütün hər şeyini satan jurnalistlərə mən başqa nə deməliyəm ki?! Əlbəttə ki, onları belə adlandırmalıyam. Ona görə əsəbiləşirəm ki, adını düzgün yaza bilməyənlər jurnalist olur, sonra düşüb qapı-qapı pul yığır. Kim nə verir, ona da hürür”.

Baba Vəziroğlu onun daim Fövqəladə Hallar naziri general Kəmaləddin Heydərovu dəstəkləməsinin onu himayə etməsindən, maddi dəstək göstərməsindən qaynaqlandığını əsas gətirən sosial şəbəkə istifadəçilərinə də mövqeyini bildirib:

“Bunlar boş fikirlərdir. Bu, bazar düşüncəsidir. Buna görə də mən belə şeylərə əhəmiyyət vermirəm. Hər kəs öz əxlaqı çərçivəsində düşünür. Bunu düşünənlərin qərəzli olduğu aşkarcasına məlumdur. Bu insanların nəzərində hər şey alverdir. Sən mənə, mən sənə…  Amma həyat tərzi alver olmayan insanlar da var axı… Onlar bunu anlamaz”.

Həmçinin oxuyun

TARİXİMİZƏ SAHİB ÇIXAQ

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət …