Ana səhifə / Cəmiyyət / Babəkin heykəlinin hazırlanması niyə yubanır? – VİDEO

Babəkin heykəlinin hazırlanması niyə yubanır? – VİDEO

Bakının ən uca heykəllərindən biri olması planlaşdırılan Babək heykəlinin işlərı hələ də yekunlaşmayıb.  Heykəltaraş Arif Qaziyev və Cəlil Hüseynov təxminən 9 ildir ki, bu işin ərsəyə gəlməsi üçün çalışırlar. İşlərin 50 faizi yekunlaşsa da, maliyyə problemi işin tamamlanmasına imkan verməyib. Bəs bu heykəli eyniadlı prospektdə nə vaxt görə biləcəyik?

Məşhur Babək heykəlinin maliyyəsi dayandırılıb.

2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında imzaladığı sərəncama əsasən bu iş Xalq rəssamı, heykəltaraş Arif Qazıyevə tapşırılıb. O, heykəlin iki metrlik modelini hazırlayaraq, təhvil verib. Lakin heykəlin üzərində gedən işlər bir müddət sonra dayanıb. Heykəltəraş bildirib ki, heykəlin hazırlanması  üçün maddi dəstək  Socar  tərəfindən həyata keçirilir.  İşin bu qədər uzanmasının tək səbəbi də  elə maliyyə dəstəyinin dayandırılmasıdır.

SOCAR-ın mətbuat katibi  İbrahim  Əhmədov bildirib ki, heykəlin hazırlanması prosesinin uzanmasında əsas səbəblərdən biri pandemiyadır. Lakin burda başqa məqamlar da var.

Qeyd edək ki, heykəl hazır olandan sonra Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq, üzü şəhərə tərəf dayanacaq. Heykəlin hündürlüyü təxminən 10-12 metr arasında olacaq.

Həmçinin oxuyun

Aqil Abbasın toyu təxirə salındı

Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda keçirilməsi nəzərdə tutulan toyu təxirə salınıb. Pravda.az-ın xəbərinə görə, …