Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bəziləri öz işindədir, amma yığışıb gedənləri də var…

Bəziləri öz işindədir, amma yığışıb gedənləri də var…

Ötən həftə, yanvarın 17-də prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” qanuna bir neçə həftə əvvəl-2018-ci ilin sonuncu iş günündə Milli Məclis tərəfindən edilmiş dəyişiklikləri təsdiqləyən fərman imzaladı. Bu həmin dəyişikliklərdir ki, Azərbaycanda qara metal mafiyasının-metal tullantılarını primitiv sobalarda əridib heç bir texnoloji  normalara cavab verməyən və nəticədə inşaatda istifadəsi təhlükəli olan armaturlar istehsal edən mütəşəkkil qruplaşmaların fəaliyyətinin qarşısının alınmasına nəhayət imkan verə bilər.

Qeyd etməliyik ki, “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliklər məhz haqqin.az və virtualaz.org saytlarının reportyor qrupunun Bakı və ətraf qəsəbələrdə, gah şəhərin mərkəzindəki sovet sənaye obyektlərinin xarabalıqlarında, gah yaşayış evlərinin arasında yerləşən, gecə-gündüz havaya qara tüstü formasında zəhərli tullantılar buraxan kustar sexlərin fəaliyyəti barədə araşdırmalarından sonra Milli Məclisə təqdim edilmişdi.

Həmin dəyişikliklər nəyi nəzərdə tutur və bu qanunun tətbiqi nəyə görə qara metal mafiyasının fəaliyyətinə faktiki olaraq qeyri-leqal status qazandırmış olacaq?

Qanunun əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələbləri nəzərdə tutan 12-ci maddəsinə edilən əlavəyə görə əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər.

Başqa sözlə, reportyor qrupumuzun araşdırma predmeti olan çoxsaylı kustar metaləritmə sexlərinin heç biri bundan sonra metal tullantılarını qəbul etmək hüququna malik olmayacaq. Çünki onların heç biri “təhlükə potensiallı obyektlər” olaraq dövlət reyestrində qeydiyyatdan keçməyiblər. Belə sexlər ya ümumiyyətlə qeyri-leqal fəaliyyətlə məşğuldurlar, ya da ən yaxşı halda MMC-lərin çətiri altında gizləniblər.

Habelə qanuna edilmiş əlavələrə əsasən əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən metal tullantılarının qəbul edilməsi hüquqi məsuliyyətə səbəb olacaq.

O cümlədən tullantıların təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən əridilməsi qanunsuz hesab edilir. Bu normaları pozan sahibkarlıq obyektləri və fiziki şəxslər üçün müxtəlif məbləğlərdə cərimə cəzaları nəzərdə tutulub.

Prezidentin imzaladığı fərmana əsasən Nazirlər Kabineti 3 ay ərzində həmin dəyişikliklərin tətbiqinə dair normativ hüquqi sənədləri hazırlamalıdır. Və qanunun tələblərinin həyata keçirilməsi üçün digər tədbirlər görməlidir.

Beləliklə, həm ətraf mühiti zəhərləyən, həm heç bir texnoloji normalara cavab verməyən istehsalla məşğul olan kustar metaləritmə sexlərinin fəaliyyətinin qarşısını almaq üçün hüquqi baza artıq mövcuddur. İndiyə qədər belə sexlər barədə səs-küylü araşdırmalara ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi reaksiya verirdi. Və nazirliyin əməkdaşları hər dəfə həmin sexlərdən nümunələr götürüb havaya zəhərli tullantıların atıldığına əmin olurdu və sexlərin sahiblərini bir neçə min manat məbləğində cərimələyirdi. Hərçənd sonradan məlum olmuşdu ki, bu cərimə cəzaları bəzən formal xarakter daşıyır və sexlərin sahibləri nazirlik əməkdaşları ilə başqa formada “anlaşırlar”, məsələni yoluna qoyurlar və fəaliyyətlərini davam etdirirlər.

Digər aidiyyatı dövlət strukturları isə sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığını əsas gətirərək belə sexlərin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verirdilər.

Bəs Bakının az qala hər tərəfinə səpələnmiş kustar metal əritmə sexlərində qanunvericiliyin yeni tələbləri və prezidentin son fərmanı haqda eşidiblərmi? Ümumiyyətlə, həmin sexlər tətbiq edilən cərimələrdən və nazirlik tərəfindən edilən xəbərdarlıqlardan, təmizləyici qurğuların quraşdırılmalı olduğu haqda tələblərdən sonra yenə də öz işlərindədirmi?

Reportyor qrupumuz yenidən  həmin sexlərin bir neçəsinə baş çəkib, oradakı vəziyyətlə maraqlanmağa çalışıb.

…Binəqədi rayonunun ərazisində, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Amor” şadlıq sarayı ilə üzbəüz yerləşən metaləritmə sexində sakitlikdir. Bu, kənardan baxanda belə görünür.

Belə görünür ki, həmin kustar sexlərin sahibləri şəhərin mərkəzində, Heydər Əliyev prospektinin cəmi bir neçə yüz metrliyində fəaliyyətin daha mümkün olmayacağını görüblər və işlərini dayandırıblar.

“Elə o vaxtdan bağladılar. Biri artıq dəzgahlarını yığıb köçüb, o biri yır-yığış edir, avadanlıqlarını artıq söküblər. Deyəsən heç dəzgahlarını, avadanlıqlarını yığmağa da yer tapa bilmirlər”-bunları ASC-nin yaşlı qarovulçusu deyir…

Beləliklə, həm ətraf mühit, həm Bakıda tikilən binaların keyfiyyəti, davamlılığı baxımından ciddi problemə çevrilmiş kustar sexlərlə bağlı geniş rezonans doğuran araşdırmaların, reportajların nəticəsi artıq  var. Bu, bir tərəfdən qanunvericiliyə edilən həmin mühüm dəyişikliklərdə, digər tərəfdən isə bəzi sexlərin fəaliyyətinin artıq dayanmasında özünü göstərir. Amma onlarla digər kustar sexlər hələ də fəaliyyətdədir. Əsas məsələ isə budur ki, metal tullantılarının yığılması, qəbulu və əridilməsi sahəsində uzun müddətdir hökm sürən xaosu aradan qaldırmaq üçün artıq qanuni imkanlar yaranıb.

Mövzuya davam edəcəyik.

Reportyor qrupu

Virtualaz.org

Əməkdaşlarımız bu sexə ötən il dekabrın əvvəllərində baş çəkmişdi və orada “əsl cəhənnəmi” müşahidə etmişdi. (https://virtualaz.org/olke/130144) İndi isə sexə “kənar şəxslərin” daxil olmasını əngəlləmək üçün ehtiyat tədbirləri gücləndiriblər, darvazaya kodla açılan qıfıl qoyublar. Amma qapının arasından görünən budu ki, içəridə iş gedir, əritmək üçün metal tullantılarını kəsib-doğrayırlar. Əritmə prosesi isə yaxınlıqda yaşayanların dediyi kimi, gecələr aparılır.

Darvazanı xeyli döyəndən sonra nəhayət mühafizəçi çıxır və içəri keçməyimizə icazə verir. Amma sonra məlum olur ki, mühafizəçi əməkdaşlarımızın ərazidə fəaliyyət göstərən kustar boya sexinin sahibini axtardıqlarını zənn edib. Metaləritmə sexi ilə maraqlandığımızı eşidən kimi mühafizəçi kobud əda ilə əməkdaşlarımızdan ərazini tərk etməyi tələb edir.

“Sexin sahibi burada yoxdur, lazım olsa o özü sizə zəng vuracaq. İndi isə ərazini tərk edin”-özünü Anar kimi təqdim edən bu mühafizəçi deyir.

Onsuz da məsələ aydındır və görünən odur ki, ETSN-in ötən il tətbiq etdiyi  cərimə cəzası bu sexin fəaliyyətinə təsir etməyib. Və deyəsən sexin sahibi qanuna edilən son dəyişikliklərdən və prezidentin həmin dəyişikliklərin tətbiqinə dair imzaladığı fərmandan da beləcə “yan ötməyə” ümid edir.

Xatırladaq ki, reportyor qrupumuzun araşdırmasından sonra nazirlik həmin sexin sahibi Azər Aslanovu inzibati qaydada 3500 manat cərimələmişdi və hava təmizləyən qurğunun quraşdırılması üçün icrası məcburi olan göstəriş vermişdi. Həmin qurğudan isə əlbətdə ki, əsər-əlamət yoxdur. Yaxınlıqda yerləşən obyektlərdən birinin işçisi deyir ki, bu sex fəaliyyətini davam etdirir.

“Gündüzlər əsasən metal tullantılarını içəri daşıyırlar, kəsib-doğrayırlar. Əritmə gecələr olur”-həmin şəxs deyir.

Qonşuluqa, Cəfər Xəndan küçəsində yerləşən digər metaləritmə sexində isə deyəsən doğrudan da iş dayanıb. Bu həmin sexdir ki, dəmir-beton konstruksiyaları zavodunun xarabalıqlarında yerləşir və həmin zavodun ərazisindəki daxmalarda həm də məcburi köçkünlər məskunlaşıblar.

“İşləmirlər, çoxdan işləmirlər. Mən özüm o sexdə işləyirdim, neçə aydır ki, dayanıblar. İndi başqa yerdə işləyirəm, burada iş yoxdur. Siz vergidən gəlmisiz?”-sexlə maraqlandığımızı görən məcburi köçkünlərdən biri, 30-35 yaşlı gənc belə deyir.

Xatırladaq ki, ETSN həmin sexdə də yoxlama aparmışdı və cavabdeh şəxs qismində İlqar Ağayev adlı fiziki şəxsə 2500 manat cərimə tətbiq etdiyini açıqlamışdı.

Nərimanov rayonunun ərazisində, metronun “Ulduz” stansiyasının yaxınlığında, “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərmiş iki metaləritmə sexi də  hazırda işləmir. “Məhəmmədin sexi” və “Valehin sexi” kimi tanınan bu kustar sexlərin havanı necə zəhərləməsi barədə ötən ilin noyabrında ilk dəfə yazmışdıq. Və ETSN bu sexlərə cərimə tətbiq etmişdi. Lakin bir neçə həftə sonra həmin sexlər yenidən işə başlamışdı və virtualaz.org bu barədə yazandan sonra nazirlik ikinci dəfə cərimə tətbiq etdi. Habelə sexlərin fəaliyyətinin dayandırılması üçün məhkəmə iddiası qaldıracaqlarını açıqladı.

Belə görünür ki, həmin kustar sexlərin sahibləri şəhərin mərkəzində, Heydər Əliyev prospektinin cəmi bir neçə yüz metrliyində fəaliyyətin daha mümkün olmayacağını görüblər və işlərini dayandırıblar.

“Elə o vaxtdan bağladılar. Biri artıq dəzgahlarını yığıb köçüb, o biri yır-yığış edir, avadanlıqlarını artıq söküblər. Deyəsən heç dəzgahlarını, avadanlıqlarını yığmağa da yer tapa bilmirlər”-bunları ASC-nin yaşlı qarovulçusu deyir…

Beləliklə, həm ətraf mühit, həm Bakıda tikilən binaların keyfiyyəti, davamlılığı baxımından ciddi problemə çevrilmiş kustar sexlərlə bağlı geniş rezonans doğuran araşdırmaların, reportajların nəticəsi artıq  var. Bu, bir tərəfdən qanunvericiliyə edilən həmin mühüm dəyişikliklərdə, digər tərəfdən isə bəzi sexlərin fəaliyyətinin artıq dayanmasında özünü göstərir. Amma onlarla digər kustar sexlər hələ də fəaliyyətdədir. Əsas məsələ isə budur ki, metal tullantılarının yığılması, qəbulu və əridilməsi sahəsində uzun müddətdir hökm sürən xaosu aradan qaldırmaq üçün artıq qanuni imkanlar yaranıb.

Mövzuya davam edəcəyik.

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …