Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Bəzi radiolar avtomobillərdə işləmir: Səbəb nədir? – VİDEO

Bəzi radiolar avtomobillərdə işləmir: Səbəb nədir? – VİDEO

Xaricdən gətirilən bəzi avtomobillərdə  bir sıra radio dalğaları işləmir.

Belə hala əsasən Amerika və Yaponiya istehsalı olan avtomobillərdə rast gəlinir.

Sürücülərin sözlərinə görə, həmin istehsalçı ölkələrin avtomobillərində ‘nöqtəsiz FM dalğalar  işləmir. Ancaq nöqtəli FM dalğalar işləyir.

Bəs radio dalğalarının işləməməsinə səbəb nədir?

Teleradio İstehsalat Birliyinin əməkdaşı Orxan Kərimov deyib ki, hazırda ölkəmizdə radiolar rəqəmsallaşmaya doğru getdiyindən bəzi dalğalar xarici ölkə istehsalı olan avtomobillərdə işləmir. Onun sözlərinə görə, Avropada radiolar rəqəmsallaşıb, yəni DAB+ texnologiyasına keçib. Bu sistem Azərbaycanda test rejimində tətbiq edilir.

Orxan Kərimov bildirib ki, son 10 ildə yeni istehsal olunan xarici avtomobillərdə radioqəbuledicilər rəqəmli radio texnologiyasını dəstəkləyir. Buna görə də həmin ölkələrdən gətirilən avtomobillərdə nöqtəli radio FM-lər işləmir. Radioların rəqəmsallaşması ölkənin efir məkanının təhlükəsizliyinin qorunması baxımından da çox əhəmiyyətlidir.

Qeyd edək ki, FM-lər rəqəmsallaşarsa, xarici radio dalğalarının ölkəmizin efir məkanına müdaxiləsi də minimuma enəcək. 

Xatırladaq ki, Avropanın bir çox ölkəsində bu sistem tətbiq edilir və müsbət nəticəsi var. Norveçdə FM-radio yayımı ümumiyyətlə yoxdur, hamısı DAB/DAB+ texnologiyasındadır. Britaniya, Almaniya və İtaliyada da yayımda ən çox rəqəmsal radio dalğalarıdır.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …