Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Cəmiyyət / Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq (SİYAHI)

Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq (SİYAHI)

Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Bununla bağlı Milli Məclis məlumat yayıb.

Bildirilib ki, qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmin layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Həmçinin oxuyun

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir – VİDEO

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir.  Şərq memarlıq üslubunda tikilən 142 yaşlı …