Ana səhifə / Cəmiyyət / MƏKTƏB DİREKTORU İTTİHAMLARA CAVAB VERDİ – YENİLƏNİB

MƏKTƏB DİREKTORU İTTİHAMLARA CAVAB VERDİ – YENİLƏNİB

Tanımış jurnalist Samir Güləliyev sosial şəbəkədə Sumqayıt şəhərindəki məktəblərin birində yaşananlarla bağlı sensasion status paylaşıb. Azinforum.az  yazıda adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə jurnalistin fikirlərini olduğu kimi təqdim edir:

“Hörmətli KİV NÜMAYƏNDƏLƏRİ!
Sumqayıt şəhər 34 saylı orta məktəb reket qanunları ilə idarə olunur. Məktəbin direktoru Bəyaz Novruzova təhsil müəssisəsində reket strukturu yaradıb. Xanım direktor məktəbdə əməlli-başlı reket qanunları tətbiq edib, Təhsil Nazirliyinin qaydaları bu məktəbdə işləmir. Təsəvvür edin, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən məcburi qaydada əsassız pul yığılmalıdı. FOND PULU, SÜPÜRGƏ PULU, BİLET PULU, ŞƏKİL PULU, HANSISA BİR TƏDBİRDƏN ÇƏKİLMİŞ KASETLƏRİN SURƏTİNİN ÇIXARILIB SATILMASI, və sair.

Təhsil naziri cənab Mikayıl Cabbarov qərar verir ki orta məktəblərdən qanunsuz pul yığılmasın. Amma Bəyaz Novruzova deyir ki Mikayıl Cabbarov kimdi mən olan yerdə??? Direktor öz müavini AMALYA adlı xanıma tapşırıb ki, pul yığ. Hansı sinif pul vermirsə həmin məbləği SİNİF RƏHBƏRİNDƏN AL!

s1

ŞAGİRDLƏRDƏN PUL YIĞMAYAN MÜƏLLİMƏNİN MOBİL TELEFONU ƏLİNDƏN ALINIR VƏ QANUNSUZ PUL YIĞMINII HƏYATA KEÇİRMƏDİYİ ÜÇÜN TELEFON GİROV SAXLANILIR. AMALYA MÜƏLLİMƏ DEYİR Kİ NƏ VAXT PULU YIĞIB GƏTİRƏRSƏN, ONDA TELEFONU GERİ QAYTARARAM.
Görəsən təhsil naziri cənab Mikayıl Cabbarovun, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun bu məsələdən xəbəri varmı???????
HÖRMƏTLİ MEDİA MƏNSUBLARI! Sizdən atıq dərəcədə xahiş edirəm bu məsələni ictimailəşdirək və media orqanlarında qabardaq. Qoy ictimaiyyət və aidiyyəti dövlət qurumları bu məsələ barədə araşdırma aparsınlar və məktəbi reket qanunları ilə idarə edən məktəb direktoru barədə ölçü götürülsün.

s2
Yazıqdı bu Azərbaycan xalqı. Azərbaycanın gələcəyini şikəst edənlərə, təhsilini məhv edənlərə qarşı özümüz mübarizə aparmalıyıq. Biz həmin şəxsləri məhv etməsək, onlar bizim gələcəyimizi məhv edəcək!

PAYLAŞIN, HAMI XƏBƏRDAR OLSUN! XATIRLADIM Kİ MƏSƏLƏ İLƏ BAĞLI TƏHSİL NAZİRLİYİNƏ, BAŞ PROKUROR YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİNƏ, SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB ZAKİR FƏRƏCOVA VƏ Sumqayıt şəhət Təhsil Şöbəsinə MÜRACİƏT HAZIRLAMIŞAM. Məsələ ilə bağlı cənab Zakir Fərəcovun qəbuluna yazılmışam.
P.S. Qeyd edim ki, baş verən hadisəni sübuta yetirmək üçün əlimdə məktəb direktorunun və onun müavinin səs yazıları var və həmin faktları aidiyyəti dövlət qurumlarına təqdim edəcəm!”

MƏKTƏB DİREKTORUNUN MÖVQEYİ

Qeyd edək ki, Samir Güləliyevin səsləndirdiyi ittihamda adı çəkilən məktəbin direktoru Bəyaz xanım Novurzova Azinforum.az-la əlaqə saxlayaraq onun da mövqeyinə yer verməyimizi xahiş etdi.  Məktəb direktorunun  Azinforum.az -a  ünvanladığı məktubda bildirilir ki, onun barəsində səslənən fikirlər tam qərəzlidir və heç bir ciddi əsası yoxdur:

“Həmin şikayəti yazan jurnalistin həyat yoldaşı bizim məktəbdəki “3 D” sinifinin  rəhbəridir. Məqalədə adı çəkilən Amaliya xanım bizim məktəbdə təşkilatçı müavin işləyir. Onun başlıca vəzifələrindən biri də, təşkilat saatlarının təşkilinə nəzarət etməkdir. Bu ayın 18-i Amaliya xanım təşkilat saatının necə aparılması ilə bağlı siniflərin bir çoxunda  sorğu aparıb. Məlum olub ki, bu şikayəti yazan jurnalistin həyat yoldaşının rəhbərlik etdiyi sinifdə təşkilat saatının nə olduğunu belə bilmirlər. Əfsuslar olsun ki, həmin xanım sentyabrdan indiyə kimi təşkilat saatı keçməyib.

Bu səbəbdən də, mən vəzifəmdən irəli gələn səlahiyyətimə uyğun şəkildə Aygün xanımı otağıma çağırdım ki, məsələni aydınlaşdırım. Normal şəkildə danışdıq. Ona xəbərdarlıq etdim ki, təşkilat saatları gələcəkdə  keçirilməsə,  bu vəzifəyə görə onun əmək haqqına əlavə edilən 35 manatın verilməməsilə bağlı məsələ qaldıracam. Aygün xanım mənə söz verdi ki, bundan sonra nöqsanı aradan qaldıracaq. Mənim otağımdan çıxandan sonra, o, dəhlizdə müavinlər və psixoloq müəllimlə rastlaşıb. Onların yanında ultimativ nota verib ki, onun ayağını tapdalamaq lazım deyil, yoxsa başımıza oyun açar. Axı belə ifadə tərzi müəllimə yaraşan deyil. Mən Aygün müəlliməni yenidən dəvət etmək üçün ona zəng etdim. İki nömrəsindən heç biri cavab vermədi . Katibə gedib onu tapıb gətirdi. Mən gördüm ki, onun əlində telefon var. Xahiş etdim ki, telefonu mənə versin. Onun nömrəsindən özümə zəng etdim ki, hansı nömrəni işlətdiyini bilim. Çünki lazım olanda onu tapa bilim. Aygün müəllimə mənə dedi ki, məktəbdə onu “qaralayıblar” yalnız ondan nəsə tələb olunur. Bildirdim ki, burada 138 işçi var və biz hər bir adamdan nümunəvi iş tələb edirik. Onun diqqətinə çatdırdım ki, həftənin 6-cı günü dərsə gəlmir. Halbuki o məktəbdə olmalıdır.

Kanikul dövründə ümumiyyətlə işə gəlməməyi barədə izahatı məndə var. Biz valideyn iclasını 6-cı günə təyin edirik, o, icazəsis 5-ci günə keçirir. Həmin müəllimənin nöqsanları hətta o həddə çatıb ki, əlimdə valideynlərin onun barəsində yazdığı bir neçə şikayət ərizəsi var.   Onlardan birini sizə göndərirəm. “3 D” sinifində oxuyan  Murad Qasımlı adlı bir şagirdin valideyni Sevil Qasımova 30.10.2015-ci ildə mənə yazdığı şikayət ərizəsində bildirir ki, Aygün müəllimə sinifdə onun övladının ağzını skoçla bağlayıb və nəticədə uşağın halı pisləşib. Mən təəssüf edirəm ki, məktəbin daxilində olan proseslərə kimsə öz vəzifəsindən istifadə edərək müdaxilə etmək istəyir. Kiminsə həyat yoldaşı jurnalistisə, biz həmin işçinin nöqsanlarına göz yummalıyıq?”

 

skoc

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın