Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyevin təyyarəsini vuracaqlar” – VİDEO

“Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyevin təyyarəsini vuracaqlar” – VİDEO

Akademik Cəlal Əliyevin illər öncə verdiyi müsahibəsi yayımlanıb.

O, müsahibəsində Bəxtiyar Vahabzadə ilə görüşündən də danışıb:

“Bir gün Bəxtiyar Vahabzadə mənə zəng etdi. Dedi ki, görüşmək lazımdır. Onunla Sabir bağında görüşdük. Bəxtiyar Vahabzadə dedi ki, Heydər Əliyev Bakıya gəlsə, onun təyyarəsini vuracaqlar. İndi mən tək başıma necə qərar verim? Desəm ki, gəl, onu vuracaqlar. Desəm ki, gəlmə, orada da hər cür hadisə baş verə bilər. Əjdər Xanbabayev də bu məsələlərdə özünü fəal aparırdı. Çox yaxınlığımız yox idi, amma özünü mərd aparırdı. Onunla zəngləşdim, getdim “Azərnəşr”ə. Götür-qoy etdik, axırda dedik ki, zəng edək, Heydər Əliyev gəlsin”, – deyə o bildirib.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …