Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva Ombudsman aparatına üz tutub.
“Meydan TV” xəbər verir ki, o, 24 gündür həbsdə aclıq edən oğlunun səhhətinin getdikcə pisləşdiyini və həyatına təhlükə olduğunu deyib. Solidə Mövlayeva Ombudsman Səbinə Əliyevayla görüşə bilməyib. Lakin aparatdan onun şikayətinin müvəkkilə çatdırılacağı bildirilib.
Xatırladaq ki, Bəxtiyar Hacıyevə xırda xuliqanlıq və məhkəməyə hörmətsizlik etmə maddələri ilə cinayət işi başlanmışdı. Ona qarşı irəli sürülən ittiham yanvarın 13-də ağırlaşdırılaraq ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq maddəsi ilə əvəz olunub. Fəal bu ittihamları qəbul etmir, siyasi mövqeyinə görə həbs olunduğunu deyir.
