Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Cəmiyyət / Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Faktı BDU-nun Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva “Report”a təsdiqləyib.

G.Orucəliyeva qeyd edib ki, N.Mirməmmədli bu gün dünyasını dəyişib: “Hələlik onun ölüm səbəbi məlum deyil”.

Qeyd edək ki, Əməkdar incəsənət xadiminin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Daha sonra N.Mirməmmədlinin həyat yoldaşı Hikmət Mirməmmədli ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, N.Mirməmmədli 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Fazil Məmmədov həbs olunur?

Dövlət Vergi Xidmətinin “Birlikdə kölgədən işığa doğru” reklamı yol kənarlarında diqqət çəkir. Bu reklam mətninin …