Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Cəmiyyət / “Bəlkə də Milli Məclisdə 120 nəfərin doxsan faizi elə İmam Mehdini gözləyənlərdir”

“Bəlkə də Milli Məclisdə 120 nəfərin doxsan faizi elə İmam Mehdini gözləyənlərdir”

“Belə məlum olur ki, insanlarda daha çox təqsir var, çünki avamdırlar. Mirzə Cəlilin “Ölülər” əsəri hələ də davam edir. Bunun əsas səbəbi təhsilsizlikdir. Faciə İmam Mehdinin gəlməməsi deyil, faciə odur ki, biz hələ də Mirzə Cəlilin yazdığı toplumdan fərqənmirik”.

Bunu aktyor, şoumen Kamran Həsənli deyib. Onun sözlərinə görə, bu gün rəhbər vəzifələrdə işləyən şəxslərin əksəriyyəti bu düşüncədədir:

“Görün nə qədər adam aldanıb, əksəriyyətimiz savadsızdır. Burda toplumun günahı daha böyükdür. Bu gün televiziyalarımızda da elə həmin adamlar işləyirlər. Düzdü, televiziyanın adı yüksək addır. Verilişlərə də bu cür ifaçıları çağırırlar. Danışanda görürsən ki, aparıcının dünyagörüşü zəifdir, söz bazası yoxdur. Bütün bu adamların hamısı efirdədir. Televiziyada da həmin insanların övladları çalışırlar. Televiziyaların rəhbərləri isə həmin o İmam Mehdiyə aldananların tayıdır. Çoxlarıyıla ünsiyyətdə olmuşam və bir-iki nəfəri çıxmaq şərtiylə qalanları İmam Mehdini gözləyən adamlardır. Bu adamların hələ indiyə kimi yer kürəsinin fırlanmağından xəbərləri yoxdur. Çünki bu adamlar Darvinə və digər elm insanlarına nifrət edirlər. Bu hələ çox qorxulu deyil, bu gün Əfqanıstanda İmam Mehdini gözləyənlərin əllərində avtomat da, top da var. Çoxları Mirzə Cəlilə, Mirzə Ələkbər Sabirə nifrət edirlər, Üzeyir bəyin əleyhinə danışırlar. Bu insanlar 7-ci və 9-cu əsrin düşüncəsiylə, zehniyyətiylə yaşayırlar. Çox uzağa getmək lazım deyil, qadın millət vəkillərimizdən biri demişdi ki, iyirmi birinci əsrdə məmura inanmayan cahildir. Yəni ki, Milli Məclisimiz də o gündədir. Deyəsən bunlar da özünü İmam Mehdi sayır ki, xalq ona inansın. Bəlkə də Milli Məclisdə 120 nəfərin doxsan faizi elə İmam Mehdini gözləyənlərdir”./Moderator.az

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …