Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəmiyyət / Bəhram Bağırzadə rayondan Bakıya gələnləri ittiham etdi – VİDEO

Bəhram Bağırzadə rayondan Bakıya gələnləri ittiham etdi – VİDEO

“Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi”.

Bu fikirləri jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin qonağı olan aktyor Bəhram Bağırzadə bildirib.

Aktyor regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, – deyə aktyor həm də gəncləri qınayıb.

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …