Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Bəhram Bağırzadə metroda imza günü keçirdi

Bəhram Bağırzadə metroda imza günü keçirdi

Metroda 8 Noyabr – Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunan tədbir keçirilib.

Əməkdar artist Bəhram Bağırzadə bu dəfə də Bakı metropolitenində azyaşlı sərnişinlərin görüşünə gəlib.

“Bakı Metropoliteni” QSC “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadənin müəllif kimi qələmə aldığı və yeni nəslin maariflənməsində, ölkəmiz haqqında zəngin məlumatlar əldə etməsində xüsusi rol oynayan “Azərbaycan Silahlı Qüvvələri” adlı kitabının imza gününü keçirib.

Bu dəfə Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin Bənövşəyi xətti üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edib və kitabını imzalayıb. 

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …