Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Cəmiyyət / BəBərdədə istifadəsiz quyudan neft çıxdı (VİDEO)

BəBərdədə istifadəsiz quyudan neft çıxdı (VİDEO)

Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.

Ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.
Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.
Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir. (Xəzər TV)


Həmçinin oxuyun

“Ağalar anamı qəbiristanlıqda zorlayıb” – Nazpərinin qardaşı qızı DANIŞDI

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə atası Ağalar Dostəliyevin özü haqqında danışdıqarına cavab verib. …