Şənbə , Dekabr 15 2018
Ana səhifə / Cəmiyyət / Azyaşlılara siqaret satan 20-yə yaxın şəxs cərimələnib

Azyaşlılara siqaret satan 20-yə yaxın şəxs cərimələnib

Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində növbəti belə tədbir keçiriblər.
DİN-dən verilən xəbərə görə, bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib. Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakışəhərində keçirilən bu tipli tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib.

Daxili işlər Nazirliyi alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılaraq və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Lavrov Bakıda Tahir Salahovu mükafatlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və SSRİ-nin xalq rəssamı Tahir Salahovun sərgisində iştirak …