Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / AzTV ilk dəfə Bala Göyçə gölünü göstərdi – VİDEO

AzTV ilk dəfə Bala Göyçə gölünü göstərdi – VİDEO

Azərbaycan Televiziyasının “AZTV Xəbər” informasiya proqramında Ermənistan işğalından azad edilmiş Bala Göyçə gölündən geniş reportaj yayımlanıb.

Çəkiliş qrupunun hazırladığı reportajda əsgərlərimizin işğaldan azad olunan ərazilərdə necə qürurla xidmət etdiyi əks olunub.

Bala Göyçə gölü Buğdadağın ətəyində yerləşir. Bir müddət əvvələ kimi erməni təxribatçılar gölü və ətraf əraziləri atəş altında saxladığından hər kəs bu təbiət möcüzəsinin suyundan, gözəlliyindən məhrum idi. Lakin  müzəffər Azərbaycan Ordusu bu həsrətə son qoyub.

Komando birliklərində xidmət edən Elnur Mustafayev bildirib ki, bura strateji əhəmiyyəti olan yüksəklikdir: “Arxada bizim təminat yolları var, oraya, Bala Göyçəyə nəzərəti ələ keçirdik. Artıq söz və güc Azərbaycan Ordusunundur bu ərazidə. Bizim Azərbaycan Ordusu rəşadətlə öz xidmətlərini aparırlar”.

Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.

Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.https://www.youtube.com/embed/oi1YlUJOAaI

Həmçinin oxuyun

““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

Milli Məclisin deputatı Vüqar “Tərtər işi” barədə danışıb.V. İskəndərov “Pravda.az”a açıqlamasında “Tərtər işi”ndə əli olan …