Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / AzTV Bədii Şurası bu dəfə Xəzər rayon ictimaiyyətilə görüşüb

AzTV Bədii Şurası bu dəfə Xəzər rayon ictimaiyyətilə görüşüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələri növbəti görüşü Bakı şəhəri Xəzər rayonunda keçirib.

Mərdəkan Mədəniyyət Sarayında baş tutan görüşdə Bədii Şuranın üzvləri Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar jurnalist Flora Xəlilzadə, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova iştirak ediblər. Bədi Şura üzvləri rayon ictimaiyyətinə Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …