Ana səhifə / Cəmiyyət / «Aztelekom»da həbslərin yeni dalğası başlayır – Yeni hədəf Zahir Vəliyevdir

«Aztelekom»da həbslərin yeni dalğası başlayır – Yeni hədəf Zahir Vəliyevdir

Bildiyiniz kimi, məşhur «MTN işi» zamanı həbs olunanlar arasında «Aztelekom» İstehsalat Birliyinin rəhbərliyindən də olanlar vardı. Birliyin rəhbəri Məhəmməd Məmmədov və daha bir neçə vəzifəli şəxs həbs olunublar. Hazırda bu qurumu yönəldən əsas şəxs Zahir Vəliyevdir. Mətbuatda yayılan məlumatlardan belə məlum olur ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassa»sı kimi də tanınırmış. O həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur: ««DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahir Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Məmurun oğlu ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar». Gundelik-baku.com-un araşdırmaları göstərir ki, texniki direktor, baş direktorun müavini olan Zahir Vəliyev başqa qanunsuz işlərə də qol qoyub: «Bir neçə il əvvəl «AzEuorotel» BM-lə «Aztelekom»un rəhbər şəxsləri arasında böyük problem yaranıb və Zahir Vəliyev tənqid atəşinə tutulub. Belə ki, “AzEurotel” Birgə Müəssisəsinin rəhbərliyi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ittiham edən açıqlama ilə çıxış edib. “AzEurotel”dən Nazirliyin nümayəndələri “AzEuroTel” BM-nə məxsus Yerüstü peyk stansiyasının ərazisinə daxil olaraq, 30-dan çox banka və digər korporativ müştərilərə xidmət göstərən (SWIFT-ə qoşulma və məlumatların ötürülməsi xidmətləri) mövcud peyk kanallarını kəsiblər. Nəticədə peyk stansiyasının fəaliyyəti dayandırılıb və “AzEuroTel” BM tərəfindən müştərilərə telekommunikasiya xidmətlərinin göstərilməsi mümkünsüz olub. Bu da Azərbaycan bankları tərəfindən göstərilən beynəlxalq xidmətlərin kəsilməsinə səbəb olub. Nazirliyin qeyri-qanuni hərəkətləri nəinki banklara ciddi ziyan vurub, hətta onların beynəlxalq nüfuzuna xələl gətirib. “AzEuroTel” bu problemlərə görə öz müştərilərindən üzr istəyib və xidmətlərin göstərilməsinin ən qısa zamanda bərpa edilməsi üçün bütün mümkün işləri görəcəyini vəd edib. “Aztelekom”un texniki direktoru Zahir Vəliyev isə açıqlamasında “AzEurotel”in yaydığı məlumatın həqiqətə uyğun olmadığını söyləyib. Qəribədir ki, «Aztelekom»un fəaliyyətini bərbad vəziyyətə salan Zahir Vəliyev hələ də işinin başındadır və köhnə əməllərini davam etdirməklə məşğuldur. Mötəbər mənbələrdən gundelik-baku.com-a verilən ən son məlumatlara görə isə aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri «Aztelekom»da yeni həbslərə start verməyə hazırlaşır. Deyilənə görə, hazırda həbsdə olan Məhəmməd Məmmədov Zahir Vəliyevlə bağlı istintaqa olduqca maraqlı faktları açıqlayıb. Və həmin məlumatların əsasında texniki direktorun fəaliyyətinin araşdırılacağı, hətta həbs oluna biləcəyi qeyd edilir. Mənbəmiz həmçinin vurğulayır ki, mövcud təhlükələri nəzərə alan Zahir Vəliyev maliyyə kapitalının böyük hissəsini xaricə çıxarmağa başlayıb. Bundan başqa, onun bir neçə iri obyektini və villasını satışa çıxardığı iddia olunur. Qeyd olunan ittihamlarla bağlı qarşı tərəfi də dinləyə bilərik.

dia.az

Həmçinin oxuyun

Tibb təhsili üzrə nə qədər pulsuz yer var? – ŞƏRH

IV qrupda “Müalicə İşi” ixtisası üzrə 550 Dövlət Sifarişli plan yeri ayrılıb.Bunu təhsil üzrə ekspert …

Bir cavab yazın