Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azinforum.az-ın yazdıqlarına Türkiyədən reaksiya verildi – Hayati Akbaş cavabında nə yazır?

Azinforum.az-ın yazdıqlarına Türkiyədən reaksiya verildi – Hayati Akbaş cavabında nə yazır?

Türkiyənin tanınmış estetik cərrahı Hayati Akbaş Azinforum.az-dakı yazılara reaksiya verib. Qeyd edək ki, Bakı şəhəri, Yeni Yasamal, Şimal binası, mənzil 188-də yaşayan Nəcəfova Həcər Adil qızı və Bakı şəhəri  Abşeron rayonu, Gənclər şəhərciyi, blok 1, mənzil 41 -də yaşayan Hüseynova Dilşad Hüseyin qızı Hayati Akbaşın  onların bədənlərinin müxtəlif nahiyyələrində etdiyi əməliyyatlardan və ondan sonra başlarına gətirənlərdən şikayətçi olduqları üçün Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Şikayətçilər həmin ərizələrin bir nüsxəsini də, Azinforum.az-a ünvanlayıblar. Apardığımız araşdırmadan sonra məlum olub ki,  Hayati Akbaşın əməliyyatları və həmin hadisədən sonra yaşananlardan yalnız bu iki xanım narazı deyil. Bizdə olan məlumata görə,  Binəqədi Rayon Məhkəməsinə  şikayət edənlərin sayı 10-larla ölçülür. 

Ancaq maraqlıdır ki, Hayati Akbaş bu şikayətçilərlə problemini yoluna qoymaq əvəzinə, Türkiyədən bizə hədə dolu bir məktub ünvanlayıb. Qeyd edək ki,  Hayati Akbaş barəsində yazılanlar və edilən çoxsaylı şikayətlərlə bağlı yalnız  bir epizodu cavablandırır və əməliyyat etdiyi xəstənin məmnun olduğunu deyir.  Maraqlıdır, hansı məmnun xəstə  sonradan özünü narkoz altında 6 dəfə əməliyyat etdirər? Hər halda,  Hayati Akbaşla xəstələr arasında yaranan ciddi qalmaqalın araşdırılması məsələsi məhkəmə və hüquq – mühafizə orqanlarının səlahiyyətinə aiddır. Yəqin ki, yaxın zamanda bütün bu hadisələrə lazımi hüquqi qiymət veriləcək. 

Azinforum.az olaraq qeyd edirik ki, biz Hayati Akbaşı Bakıda təmsil edən nümayəndə ilə əlaqə saxlamışıq. Həmin şəxs bildirdi ki, onlara Hayati bəyin etdiyi qüsurlu əməliyyatlarla bağlı çoxlu sayda şikayətlər gəlir. Başları Məhkəmə hazırlıqlarına qarışıq olduğu üçün, yaxın günlərdə məsələnin tam təfsilatı ilə bağlı mediaya geniş açıqlama verəcəklər.

Azinforum.az olaraq Hayati Akbaşın cavab haqqını tanımaqla saytımızda aşağıdaki linklər vasitəsilə yayılmış materiala bildirdiyi münasibəti  olduğu kimi təqdim edirik.

https://www.azinforum.az/turkiy%C9%99li-estetik-c%C9%99rrahin-d%C9%99l%C9%99duzlugundan-sok-sikay%C9%99t-h%C9%99yati-akbas-m%C9%99nim-h%C9%99yatimi-m%C9%99hv-edib/

https://www.azinforum.az/plastik-c%C9%99rrah-hayati-akbasin-novb%C9%99ti-qurbani-bir-nec%C9%99-ay-kecdikd%C9%99n-sonra-sud-v%C9%99zil%C9%99rim%C9%99-su-v%C9%99-irin-yigilmaga-basladi/

Hayati Akbaş bizə göndərdiyi məktubda yazır:

” Dilşad Hüseyinova şikayetleri ile şahsıma birden fazla müracat etmiş ve birden fazla ameliyat edilmiştir. Ameliyat sonrası kendisi memnun olmuş ve minnettarlığını sunmuştur. Ameliyat öncesi ve sonrası fotoğrafları gerekli görüldüğü taktirde sunulmak üzere kurumumuz arşivlerinde bulunmaktadır. Hasta gizliliği yasası gereği şuan da öncesi-sonrası fotoğrafları paylaşamıyoruz. Yayınlanmış haber içeriği gerçeği hiçbir şekilde yansıtmamaktadır. Yayın içeriği kişilik haklarımı zedelediği gibi, mesleki hayatımı da zedelemektedir. Cevap hakkımın olduğu hususu dikkate alınarak hakkımda şikayetçi olduğunu iddia eden an kişinin ve sosyal paylaşım sitelerinde bu kişi ile birlikte paylaşım yaparak karalama kampanyasına devam kişilerin bu duruma devam etmeleri halinde; hukuki yollara başvurulacağını siz değerli basın mensupları ile paylaşmak isterim.

Doc.Dr. Hayati AKBAŞ”.

Çinarə Seyidova

Azinforum.az

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın