Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / AZİNFORUM.AZ CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ ƏLAQƏDAR JURNALİSTLƏRƏ MÜRACİƏT ETDİ

AZİNFORUM.AZ CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ ƏLAQƏDAR JURNALİSTLƏRƏ MÜRACİƏT ETDİ

Hörmətli həmkarlar! Belə gərgin situasiyalarda KİV-lərin, xüsusilə də saytların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan balaca ölkədir, hamının cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan əhali ilə əlaqə saxlamaq imkanı var. Ordan müxtəlif məlumatlar ala bilərik, ancaq bu heç də həmin xəbərlərin ictimailəşdirilməsi üçün əsas vermir.
Əsasən rəsmi xəbərlərin ustalıqla təqdimatına üstünlük verməliyik.
Biz düşmən tərəfin saytlarını izləyirik. Çox professionalıqla informasiya müharibəsi aparırlar. Xüsusilə də bizim tərəfə istiqamətlənmiş panika yaratmaq yönündə dezinformasiya tipli məlumatları yaymaq taktikasından məharətlə istifadə edirlər.
Hazırkı durumda kompyuterin arxasında oturan hər bir jurnalist özünü döyüş səngərindəki əskər kimi hiss etməlidir. Xüsusiliə də rusdilli saytlarımızın üzərinə ağır yük düşür. Çünki düşmən tərəf və onların mülki əhalisi əsasən rusdilli saytlarımızı izləyir.
Gəlin elə edək ki, informasiya müharibəsində düşmənə uduzmayaq!
Allah cəbhə xətində düşmənlə döyüşən hərbçilərimizi qorusun!

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın