Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AZERCELL OĞURLUQDA İTTİHAM EDİLİR: “…məndən davamlı kontur çıxarılması həyasızlıq və oğurluqdur”

AZERCELL OĞURLUQDA İTTİHAM EDİLİR: “…məndən davamlı kontur çıxarılması həyasızlıq və oğurluqdur”

Ölkənin mobil rabitə şəbəkəsinin böyük hissəsinə nəzarəti əlində saxlayan Azercell-dən narazılıq kütləvi hal alıb. Əsasən də mobil operatorun  müxtəlif üsullarla müştərilərin cibinə girməsi və buna görə hər hansı bir izahat verməməsi əhalini kütləvi şəkildə operatorun xidmətlərindən imtinaya sövq etdirir. Hətta vəziyyət o həddə çatıb ki, ölkənin ictimai sektorunda təmsil olunan tanınmış və fəal insanlardan bəziləri Azercelli oğurluqda ittiham edir. Azinforum.az qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bu xüsusda olan fikirlərini təqdim edir:

“Azercell-dən imtina etməyin vaxtı gəldi. Bu qədər də olmaz. İmtinanı kampaniya çevirmirəm. Sadəcə, əminəm ki, danışıq pulları (qəpiyi, manatı) oğurlanan tək mən deyiləm. Heç bir sorğu sms-nə cavab verməmişəm. Azercell-dən gələn anormal mesajlara görə məndənazercell-dən imtina etməyin vaxtı gəldi. Bu qədər də olmaz. imtinanı Kampaniya çevirmirəm. Sadəcə əminəm ki, danışıq pulları (qəpiyi, manatı) oğurlanan tək mən deyiləm. heç bir sorği sms-nə cavab verməmişəm. Azercell-dən gələn anormal mesajlara görə məndən davamlı kontur çıxarılması həyasızlıq və oğurluqdur. Şikayət etməyin isə mənası yoxdur. Ən yaxşısı abırsıza baş qoşmamaqdır.. Şikayət etməyin isə mənası yoxdur. Ən yaxşısı abırsıza baş qoşmamaqdır”.

Rövşən

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın