Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Azercell-in Facebook yalanı – Operator özünə sərf etməyən suallara cavab vermirsə…

Azercell-in Facebook yalanı – Operator özünə sərf etməyən suallara cavab vermirsə…

Azinforum.az xəbər verir ki, Azərbaycanın mobil operatorları sırasında ən bahalı xidmət təklif edən Azercell Telekom insanların başını dumanlandıra biləcək növbəti piarı ilə gündəmə gəlib. Əsasən də, bəzi KİV-lərə  təqdim etdiyi pulsuz kontur razılaşması əsasında mobil operatorun istənilən relizi araşdırılmadan cəmiyyətə təqdim olunur. Gəlin, mobil operatorun yaydığı son relizdən bir hissəyə diqqət edək: 

“Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom növbəti dəfə yerli brendlər arasında Facebook sosial şəbəkəsində lider olub. Şirkət Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin “100% cavablama nəticəsini əldə edib. Mobil operatorlar arasından ən cox 656 sual Azercell-ə ünvanlanıb və təbii ki, bütün suallar operativ şəkildə cavablandırılıb. Twitter sosial şəbəkəsində isə şirkət müştəri istəklərinin “80% cavablama nəticəsini əldə edib”.

Şəxsi təcrübəmizdən deyə bilərik ki, mobil operatorun  sosial şəbəkəlrlə bağlı yaydığı məlumat hec də reallığı əks etdirmir.  Azinforum.az olaraq, dəfələrlə bizi maraqlandıran sualla operatorun aktiv fəaliyyət göstərən səhifəsinə müraciət etmişik. Suallarımız  operatora sərf etmədiyi üçün bizə başdansovdu cavablar verilib, yazdığımız sual və rəylər səhifədən silinib. Əksər hallarda isə, sualı ünvanlayan əmakdaşlarımızın profilləri mobil operatorun səhifəsini işlədən adminlər tərəfindən bloka salınıb.  Sosial şəbəkədə göstərilən bu cür fəaliyyətlə necə lider olmaq mümkündür?

Azinforum.az

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …

Bir cavab yazın