Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / AZAL-ın yeni “qara siyahısı” – 15 nəfər əfv edildi

AZAL-ın yeni “qara siyahısı” – 15 nəfər əfv edildi

Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 158 nəfər daxildir.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib. Bildirilib ki, ilin əvvəlindən 15 nəfər siyahıdan çıxarılıb: 

“Sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı havav gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir”. 

Qeyd edək ki, ötən ilin dekabr ayında açıqlanan məlumatda “qara siyahı”da 96 nəfərin olduğu bildirilmişdi. 

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …