Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / AZAL Boeing ilə razılaşmalara sadiqdir – Cahangir Əsgərov

AZAL Boeing ilə razılaşmalara sadiqdir – Cahangir Əsgərov

Le Burjedə (Fransa ) “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində AZAL prezidenti Cahangir Əsgərov Boeing Commercial Airplanes-ın prezidenti və əsas icraçı direktoru Kevin Makalisterlə görüşüb.

Görüş zamanı AZAL rəhbəri “Azərbaycan Hava Yolları” və Silk Way aviaşirkəri üçün yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair razılaşmalara sadiqliklərini təsdiq edib.

AZAL prezidenti Thales Group şirkətinin baş vitse-prezidenti Ervi Dammanla danışıqlar aparıb.

Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə ediblər.

AZAL-ın mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda”Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Cahangir Əsgərov “L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə danışıqlar aparıb.

Tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədürükü məsələsini müzakirə edib.

Bundan əlavə, “L3 Technologies” şirkəti “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər. 

Həmçinin oxuyun

“Məktəblərdə qiymətləndirmə şəffaf aparılmır” – RƏY

“Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli …