Çərşənbə , İyul 24 2019
Ana səhifə / Cəmiyyət / “Azadlıq”ın redaktoru Hollandiyadan deportasiya edilir

“Azadlıq”ın redaktoru Hollandiyadan deportasiya edilir

Bu ilin yanvar ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk edərək, Hollandiyaya sığınan “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çətin durumla üzləşib.

BakuPost.az xəbər verir ki, o, sığınacaq uçun müraciət etdiyi yerli məhkəmədən rədd cavabı alıb. Məhkəmə ona oturum verməkdən imtina edib və ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.

Jurnalistə izah olunub ki, miqrasiya sahəsində Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan “Dublin Sazişi”nə görə, o yalnız Avropaya daxil olduğu ölkədən siyasi sığınacaq istəyə bilər.

Məlum olub ki, Rahim Hacıyev Azərbaycandan əvvəlcə Fransaya uçub. Orada bir neçə gün qaldıqdan sonra isə Hollandiyaya, qohumlarının yanına gedib və bu ölkədən sığınacaq almaq üçün aidiyyəti orqanlara müraciət edib.

Yada salaq ki, Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra “Azadlıq” qəzetinə faktiki rəhbərlik edirdi.

“Azadlıq” qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.

Bu ilin may aında isə Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında qəzetin elektron versiyası da (azadliq.info) bloklanıb. Buna səbəb kimi saytda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanması göstərilib.

Həmçinin oxuyun

Elzadan daha bir rüsvayçı şeir: “Sən məni aldın, mən sənə verdim”

Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.  Şəxsi instagram hesabında izləyiciləri ilə paylaşdığı “Metamarfozlar” …

Bir cavab yazın