Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / Azad Rəhimov dəfn olunur – FOTO

Azad Rəhimov dəfn olunur – FOTO

Müalicə aldığı ABŞ-da dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi keçirilir.

Mərhum nazirin nəşi II Fəxri Xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov “Şöhrət” ordeni və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Fotoları təqdim edirik

Həmçinin oxuyun

Dükanlara borclu qalan Xalq artistimiz: Yerişini də itirmək üzrədir… – Fotolar

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. 1964-cü …