Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? – CAVAB

Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? – CAVAB

İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması ilə bağlı planlar olsa da, indiki mərhələdə bu proses təhlükəlidir.

Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün həmin ərazilərdə əvvəlcə tam təhlükəsizlik tədbirləri görülməlidir: “Ərazilər minalardan tam təmizlənəndən sonra bu proses həyata keçirilə bilər. Ərazidə minaların olması həmin heyvanların həyatına təhlükədir. İndiki anda həmin ərazilərə yalnız quşların buraxılması mümkündür. Bu da planımızda var. Ceyranların həmin ərazilərə yaxın 3-4 ayda buraxılması nəzərdə tutulmayıb”. Trend

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …