Cümə , Dekabr 8 2023
Ana səhifə / Cəmiyyət / “Azərsu”nun 40 milyonluq tenderinin qalibi kimdir? – Adlar

“Azərsu”nun 40 milyonluq tenderinin qalibi kimdir? – Adlar

“Azərsu” ASC-nin keçirdiyi iki tender müsabiqəsinin qalibi “Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC birgə müəssisəsi olub.
“Azərsu” ASC hər iki tender üçün toplam 39 milyon 959 min 568 manat 8 qəpik ödəyəcək.
Belə ki, “Azərsu” ASC Ceyranbatan-Maştağa-Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınmasına görə 25 milyon 132 min 868 manat 39 qəpik,
“Pirşağı-Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınmasına görə isə 14 milyon 826 min 699 manat 69 qəpik ödəyəcək.
Qeyd edək ki, “Nardaran İnvest” MMC-nin Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir.
KİV-də Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin isə əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini olmuş Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olduğu yazılıb. Yeniavaz.com

Həmçinin oxuyun

“Leyli və Məcnun” operasında narazılıq – FOTO

Ötən gün növbəti dəfə nümayiş etdirilən “Leyli və Məcnun” operası tamaşaçıların narazılığına səbəb olub.  Azərbaycan …