Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Azərsun” qiymətlərlə yanaşı çəkini də azaldıb? — FOTO

“Azərsun” qiymətlərlə yanaşı çəkini də azaldıb? — FOTO

Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı saldığı haqda məlumat yayıb.

Şirkətin sözcüsü mətbuata açıqlamasında bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15 qəpik və 25 qəpik aralığında azalıb.

Ancaq “Ölkə.Az” saytı qısa araşdırma edərək maraqlı nəticə əldə edib. Belə ki, əvvəllər tomat pastası bankaları 720 ml. idi, sonra saldılar 680 ml., indi isə 620 ml. edilib. Buradan isə bu nəticəyə gəlmək olur ki, satılan məhsulların qiyməti ilə yanaşı çəkisi də azalıb.

Ölkənin ən böyük şirkətlərindən birinin istehsal etdiyi məhsulların keyfiyyəti dəfələrlə müzakirə mövzusu olsa da, şirkətin çəki ilə müqayisəli siyasəti sosial şəbəkədə də müzakirəyə səbəb olub.

Burada isə vacib olan holdinqin istehlakçıları aldadıb-aldatmadığı barədə yaranan sualdır.

Qeyd: Azərbaycanın ən böyük holdinqlərindən birinə sözcülük edən Afiq Səfərov etik danışıq qaydalarına riayət etmədiyi (bilmədiyi) üçün “Azərsun Holdinq” şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənmədik.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın