Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar yenidən Ukraynaya qayıdır – VİDEO

Azərbaycanlılar yenidən Ukraynaya qayıdır – VİDEO

Artıq 40 gündür ki, davam edən Rusiya-Ukrayna müharibəsində Ukraynanı  4 milyondan çox insan tərk edib. Bu insanlar içərisində  minlərlə Azərbaycan vətəndaşı da var. İndi isə əksini görürük. Geri qayıdıb Ukraynadakı  yaşamına davam etmək istəyən həmvətənlərimiz var. 12 azərbaycanlı öz müraciəti əsasında Moldovadan  Ukraynaya qayıdıb.

Ukraynada yaşayan, lakin müharibə səbəbindən ölkəmizə təxliyə olunan Azərbaycan vətəndaşları indi də geri qayıtmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər. Azərbaycanın Moldovadakı səfirliyi bir ailənin və bir neçə şəxsin Ukraynaya qayıtması üçün lazımi yardım göstərib. Bu barədə “XəzərXəbər”ə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib

Ukraynanı müharibə səbəbi ilə tərk edən Azərbaycan vətəndaşları arasında Moldova sərhəddini keçməklə Avropa ölkələrinə də gedənlər az deyil.

Qeyd edək ki, Ukraynadan Azərbaycana təxliyə olunanların sayı əvvəlki dövrlərlə müqayisədə azalıb. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildiridi ki, buna baxmayaraq ölkəmizə təxliyə olunmaq istəyən vətəndaşların Azərbaycana dönməsi üçün lazımı tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …