Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? – VİDEOSORĞU

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? – VİDEOSORĞU

Uzun müddətdir ki, mətbuatın gündəmindən düşməyən mövzulardan biri də İran əsilli azərbaycanlı iş adamı, ABŞ-da həbs olunan Rza Zərrabın məhkəmə olaylarıdır.
Qeyd edək ki, Zərrab 2016-cı ilin martında “Disney World”ə ailəsi ilə birgə etdiyi səyahət əsnasında Miamidə həbs olunub və Nyu-Yorka gətirilib. İş adamının hazırda davam edən məhkəmə prosesi isə bütün dünyaya səs salıb.
 Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. Onun etirafları hazırda Türkiyə əleyhinə istifadə olunmaqdadır. İş adamının etirafları Türkiyə prezidenti R.T.Ərdoğanı da narahat edir. O, son açıqlamalarından birində deyib ki, R.Zərrabın ABŞ məhkəməsində nə deməsinə baxmayaraq, Türkiyənin “alnı açıq”dır.
 Bəs görəsən, azərbaycanlılar həmyerlilərinin məhkəmə prosesini izləyirmi? Onlar Rza Zərrab ətrafında baş verənləri necə qiymətləndirirlər? Hazırda həbsdə olan bir azərbaycanlını dəstəkləyirlərmi?
Musavat.com bu suala cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti R.Zərrabı bir şəxsiyyət kimi müsbət qiymətləndirmədiklərini və bu səbəbdən də dəstəkləmədiklərini bildiriblər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …