Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar niyə bu şəhəri seçir? – Antalyadan VİDEOREPORTAJ

Azərbaycanlılar niyə bu şəhəri seçir? – Antalyadan VİDEOREPORTAJ

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. 

Oxu.Az-ın xəbərinə görə, təxminən 350 manatdan başlayan qiymətlərlə Antalyada 3-5 günlük istirahət etmək mümkündür.

Antalyaya bağlı olan Kəmər 20 il öncə kiçik bir şəhərcik olsa da, hazırda hər gün 10 mindən çox turistin səfər etdiyi turizm məkanıdır. Ağdəniz sahilləri, pulsuz çimərlikləri, gecə həyatı və alış-veriş mərkəzləri ilə məşhur olan Kəmərdə hər addımbaşı azərbaycanlı turistə rast gəlmək mümkündür. Lakin əraziyə səfər edən turistlər arasında rusiyalılar ilk sıradadır.

Buraya gələn turistləri yalnız əyləncə deyil, tarixi məkanları görmək şansı da gözləyir. Kəmərə təşkil edilən turlara kiçik məbləğlər ödəyərək, uzun illərdən bu yana özündə Roma, Osmanlı, Bizans və Səlcuq izlərini daşıyan tarixi yerləri görmək mümkündür.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …