Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar kimin tərəfini tutur – İsrailin, yoxsa Fələstinin? -VİDEOSORĞU

Azərbaycanlılar kimin tərəfini tutur – İsrailin, yoxsa Fələstinin? -VİDEOSORĞU

Dünyanın müxtəlif ölkələrində qarşıdurmalar səngimir. Ukrayna ilə Rusiya arasında gərginliyin davam etdiyi ərəfədə İsrail ilə Fələstin arasında olan münaqişə də dərinləşməyə davam edir. 

Qeyd etmək yerinə düşər ki, həm İsrail, həm də Fələstin Qüdsü öz ərazisi sayır. Bu ərazini həm müsəlmanlar, həm də yəhudilər müqəddəs hesab edirlər. Heç bir tərəf də bundan imtina etmək fikrində deyil. İllərdir davam edən münaqişənin əsl səbəbi də budur.

Son günlər müharibənin alovlanmasına səbəb isə İsrail məhkəməsinin Şərqi Qüdsdə Şeyx Cərrah məhəlləsində bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərarı olub. Məhkəmə qərarı üçün bir əsas kimi həmin evlərin keçmişdə, 1947-ci ilə qədər, yəhudilərə məxsus olduğu göstərilib.

Qərardan sonra Qüdsün əsasən ərəb əhalisi yaşadığı hissəsində etirazçılarla İsrail polisi arasında bir ay müddətində davam edən toqquşmalar başlayıb.

Bu münaqişə ilə bağlı sosial şəbəkələrin müxtəlif seqmentlərində fərqli münasibətlər sərgilənir. Kimisi İsraili haqlı sayır, kimisi də Fələstini. 
 
Bəs görəsən, bizim cəmiyyətimiz İsrail-Fələstin qarşıdurmasında kimi haqlı sayır. Paytaxt sakinləri arasında sorğu keçirərək sualımıza cavab tapmağa çalışdıq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialımızdan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Erməni etirafı və Bəxtiyar Vahabzadə

Mənim adım Mahirdir. Bu adı mənə 44 saylı məktəbdə müəllim işləmiş anam Hacıbəyim verib. Böyüyəndə …