Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı uşaqların İraqdan gətirilməsi üçün iş aparılır

Azərbaycanlı uşaqların İraqdan gətirilməsi üçün iş aparılır

\”Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Bununla bağlı məlumat kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq\”.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, Aşura tədbirləri ilə bağlı monitorinqlər aparılacaq.

“Komitənin yerlərdə şöbələri var. Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu, davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsi haqqında məlumatlanmaqdır”.

Mübariz Qurbanlı daha sonra İŞİD-dən xilas edilən iki azərbaycanlı uşağın ölkəyə gətirilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb. Komitə sədri bildirib ki, Azərbaycanın müvafiq qurumları tərəfindən valideynləri İŞİD-ə qoşulan və hazırda İraqda qalan uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər aparır.

“Komitədə bununla bağlı məlumat var. Ancaq bu məsələ ilə başqa dövlət qurumları məşğul olur. Əminəm ki, məsələ öz həllini tapacaq”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın