Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı UAZ-a baş direktor təyin edilib

Azərbaycanlı UAZ-a baş direktor təyin edilib

Azərbaycanlı Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru təyin edilib.

Bu barədə zavodun yaydığı məlumatda bildirilib. A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir.

Qeyd edək ki, o, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib. 

Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib. 

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir. Azvision.az 

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …