Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı sabiq icra başçısı məhkəmənin hökmündən danışdı

Azərbaycanlı sabiq icra başçısı məhkəmənin hökmündən danışdı

“Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümid etsəm də, mənə bəraətin verilməsi gözlənilməz oldu”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bildirib.
O deyib ki, iki ilə yaxın davam edən məhkəmə prosesində 100 nəfərdən çox şəxs ifadə verib: “Mənə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmadı. Məhkəmə ilə sübut olundu ki, ittihamların hamısı əsassız olub. Cinayət əməlində mənim adımın hallanması yalnız Elçin Allahverdiyevin şəxsi maraqlarına cavab verib”.
T.Abazov gələcək planları və siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı da cavabandırıb. O, məhkəmənin qərarı ilə iki saat öncə tanış olduğunu deyib: “Bildiyiniz kimi, Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıram. Bu vəzifəyə dörd il müddətinə seçilmişəm. Digər gələcək planlar barədə düşünməyə hələ vaxtım olmayıb. Bu barədə fikirləşəcəyəm və inanıram ki, ən doğru addımı atacağam”.
Qeyd edək ki, bu gün Rustavi Şəhər Məhkəməsinin qərarı ilə T.Abazov bəraət alıb.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …