Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı rejissorun filmləri Beynəlxalq festivallarda uğurlar qazanıb FOTO

Azərbaycanlı rejissorun filmləri Beynəlxalq festivallarda uğurlar qazanıb FOTO

Azərbaycanda istehsal olunmuş “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Azərbaycanlı rejissorun “Nobel qardaşlarının ilk uğuru” filmi 11 ildir keçirilən “Light of the world” adlı Yaroslavl festivalının secilmiş filmlər siyasına daxil olunub. Festival Rus Pravoslav kilsəsinin (Rubinsk yeperarxiyası) və Milli Müəllif Hüquqları Sahiblərinə Dəstək Fondu (Moskva) tərəfindən təşkil olunur.

Layihə 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçiriləcək.

Festival, həmçinin Yaroslavl vilayətinin rəhbərliyi və Müasir Pravoslavl Sənət və Rəsm Qalareyası tərəfindən dəstəklənir. Festivalın məqsədi gənclərin mənəvi, vətənpərvər tərbiyəsini təbliğ etməkdir.

“Stalinin qaranlıq keçmişi” filmi Moskvada 23 ildir keçirilən “İnternational Film Festival of Detective Films and Television programs on Law-

Enforcement themes Detective FEST” festivalında bütün mərhələləri keçərək, “Nominant”a layiq görülüb. Prizə namizəd birincilik uğrunda 2021-ci ilin sentyabrında Moskvada keçiriləcək finalda ölkəmizi təmsil edəcək.

Onu da qeyd edək ki, “Stalinin qaranlıq keçmişi” filmi 79 ölkənin 2300 filmi arasından “Nominant” olaraq seçilib.

“SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filminin redaktoru Əkbər Qoşalıdır və mətni isə Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölmünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

“SSP Production” tərəfindən istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmində Nobel qardaşlarının Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. Filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni xalq artisti Eldost Bayram oxuyub.

Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və zamanla istəyimizə nail oluruq. Bu, təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur. Musavat.com

Həmçinin oxuyun

Bu il uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

“Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub”.Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının …