Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı qız Türkiyədə küçə musiqiçiliyi edərək pul qazanır

Azərbaycanlı qız Türkiyədə küçə musiqiçiliyi edərək pul qazanır

Səidə Kılıç görmə əngəlli olsa da, bunu qəbul etmək istəmir
Azərbaycanlı görmə əngəlli Səidə Kılıç İstanbul İstiklal küçəsində musiqiçiliklə məşğul olaraq ailəsinə dəstək olur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Dünya Əlillər Günündə İstiklal küçəsində musiqiçilik edən qadın vətəndaşların marağına səbəb olub. Rusiyada musiqi təhsili alan Səidə Türkiyə vətəndaşı Erkan Kılıçla sosial şəbəkədə tanış olub və ailə həyatı quraraq Türkiyəyə köçərək burada küçə musiqiçiliyi ilə məşğul olmağa başlayıb.
Səidə Kılıç görmə əngəlli olsa da, bunu qəbul etmək istəmir.
“Mən özümü əngəlli olaraq görmürəm. Günlərin də mənim üçün çox önəmi yoxdur. Əlillər gününün olması mənə axmaq bir fikir kimi gəlir. Özümü sağlam olanlardan fərqli görmürəm. Konservatoriyanı bitirmişəm. Sağlam insanların etdiklərini mən də edə bilirəm. Bunları edə bildiyim halda özümü niyə əngəlli görüm ki? Ürəyin, beynin qüsurlu olmasın” – deyə Səidə bildirib.
Səidə ilə Erkan tanış olduqdan sonra Erkan Azərbaycana gələrək Səidəni “qaçırıb”: “Hava limanında polislər məndən soruşdu ki, “ona inanırsanmı, qorxmursanmı”. Mən də qorxmadığımı və sevərək getdiyimi dedim. Və məni buraxdılar”.
Haızrda Səidə və Erkanın 2,5 yaşında bir qızları var.

Həmçinin oxuyun

22748 şagird üçün buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DIM) 2019-cu il aprelin 21-də 29 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin …