Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı nazir və məmurların övladları nə işlə məşğuldur? -ARAŞDIRMA

Azərbaycanlı nazir və məmurların övladları nə işlə məşğuldur? -ARAŞDIRMA

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

(Bəxtiyar Vahabzadə)

Qanunauyğunluq olmasa da, əksər hallarda övladlar atalarının yolu ilə gedir, onların fəaliyyət sahələrini əzx etməyə çalışırlar.

Azinforum.az bu məqalədə müxtəlif dövlət vəzifələrində çalışan məmur övladlarından bəhs edəcək.

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini postunu tutur. General-mayor rütbəsini daşıyan T.Mehdiyev bundan öncə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, Mədəniyyət və Turizm nazirinin müavini vəzifələrində çalışıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Avropa-Azərbaycan” Cəmiyyətinin sədri, “Qəbələ” futbol klubunun prezidentidir. Paralel olaraq biznes fəaliyyəti ilə məşğul olan T.Heydərov vaxtının bir hissəsini Avropada, bir hissəsini Azərbaycanda keçirir.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Amerika-Azərbaycan” Alyansının sədri, Azərbaycan Qolf Federasiyasının prezidenti, “Garant Holdinq”in Müşahidə Şurasının sədridir. Onun rəhbəri olduğu şirkətin fəaliyyət sahəsinə – tikinti, sığorta, nəqliyyat, media və digər sahələr daxildir.

Baş nazirin müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında diplomatik misiyasına rəhbərlik edir. O, bundan öncə ölkəmizi Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfir və Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı kimi təmsil edib.

Baş nazirin digər müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komitəsinin birinci katibidir. Buna qədər Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir postunu tutub.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun oğlu Raul Usubov polis sistemində yüksək vəzifə tutur. Nazirliyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şöbə müdiri işləyən nazir oğlu bir neçə ay öncə fəxri fərmanla təltif edilib.

Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğlu Pərviz Şahbazov Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiridir. 24 ildir diplomatik fəaliyyətdə olan səfir Xarici İşlər Nazirliyində məsul vəzifələr tutub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin yaşı çox olmasa da, Türkiyədə fəaliyyət göstərən “İNDEX” təşkilatına rəhbərlik edir. Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin üzv olduğu “İNDEX” bundan öncə “AZEDER” adlanırdı.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev vəzifə tutmasa da, aktiv ictimai fəaliyyətlə məşğuldur. Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədridir. Müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmil edən İB sədrinin ətrafında yüzlərlə gənc birləşib. O həmçinin Milli Məclisdə çalışır.

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovin Nəcməddin Sadıqovun oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışır.

Xatırladaq ki, Milli Məclisin deputatları arasında da övladları müxtəlif dövlət vəzifələrində çalışanlar var.

Millət vəkillərindən Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan Respublikası Mərkəzi Bankı yanında İpoteka Fondunun icraçı direktoru, Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı “Azəryolservis” AC-də sədr müavini, Aqil Abbasın oğlu Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi, Elman Məmmədovun oğlu Elşad Məmmədov Yasamal rayon Yol Polisi şöbəsinin rəisi, Mahir Aslanovun oğlu Məmmədəli Aslanov “Bank of Azerbaijan”da İdarə Heyəitnin sədridir.

Həmçinin oxuyun

Cavan Zeynallı ilə İlqar Muradova da fəxri ad verildi

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla iki mədəniyyət və incəsənət xadiminə “Xalq artisti” fəxri adı verib. …

Bir cavab yazın