Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə belə dərs keçdi (VİDEO)

Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə belə dərs keçdi (VİDEO)

ABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.
Dünyanın top universiteti “Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov “Facebook” səhifəsində yayıb.
Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Gənc müəllimin bu addımı hər kəs tərəfindən alqışlanıb.

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …